Almaniyada sərnişin təyyarəsi kofe aparatına görə təcili eniş edib

24 Dekabr, 07:55

Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki kofe dəmləyən aparatda qısa qapanmanın baş verməsi səbəbindən Hamburq şəhərində təcili eniş edib.

VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsinə istinadən DPA məlumat yayıb.

Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş.

Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.

Daha əvvəl ABŞ-da yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here