AFFA-nın Futbol Akademiyasında UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və sertifikatlar təqdim olunub.
VOİCEPRESS.AZ xəbər verir ki, diplom və sertifikatları AFFA-nın Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, texniki direktor Bernhard Lippert və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
UEFA-nın Pro kateqoriyalı məşqçi sertifikatını alanlar Rəşad Sadıqov, Samir Abasov, Mahmud Qurbanov, Elçin Rəhmanov, Zaur Həşimov, Elşad Əhmədov, Ramin Quliyev və Siyasət Əsgərovdur.
VOİCEPRESS.AZ