Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma qaydasına dəyişiklik edilib

25 Dekabr, 06:19

“Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”na dəyişiklik edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Nazirlər Kabinetinin 2017-ci il 26 dekabr tarixli qərarı ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə müqaviləsinin forması və bağlanma Qaydası”nın 2-ci hissəsində (Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilərkən Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) arasında icazə müqaviləsi bağlanılır) “isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisinə münasibətdə isə Dənizkənarı Bulvar İdarəsi” sözləri ilə əvəzlənib.

Daha əvvəl Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here