ABŞ Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb.
VOİCEPRESS.AZ CNN-ə istinadən xəbər verir ki, bu bəyanatla Pentaqon nümayəndəsi Şon Robertson çıxış edib.
“İstənilən tərəfin Suriyanın şimal-şərqində, xüsusilə də, Amerika hərbçilərinin ərazidə mövcud və ya ora yaxın ola biləcəyini nəzərə alaraq, birtərəfli qaydada hərbi əməliyyatlar aparması ciddi narahatlıq doğurur. Hesab edirik ki, belə əməliyyatlar yolverilməzdir”, – deyə o bildirib.
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qarşıdakı günlərdə Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində əməliyyata başlamaq niyyətində olduğunu bildirib.
VOİCEPRESS.AZ