Hal-hazırda ABŞ Rusiya və Çinin hipersəsli silahları qarşısında gücsüz vəziyyətdədir.
VOİCEPRESS.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hesablama Palatasının Senat üçün hazırladığı məruzədə deyilir.
Məruzədə hipersəsli raketlərin istənilən hava hücumundan müdafiə sistemini yara bilməsi faktını nəzərə alan Çin və Rusiyanın bu sahədə ciddi tədqiqatlar apardığı və yeni raketlər hazırladığı xəbər verilir. Həmin raketlərə nüvə başlığı yerləşdirməklə ABŞ ərazisini tam hədəfə almaq mümkündür.
“Hazırda bu raketlərə qarşı müdafiəsizik”-deyə məruzədə qeyd olunub.
Hazırda Pentaqon “Lockeed Martin” şirkətinə hipersəsli raketlərin prototipini yaratmaq üçün 1,3 milyard dollarlıq sifariş verib. Rusiya “Avanqard” və “Kinjal” adlı hipersəs raketlərinin istehsalına başlamışdı.
VOİCEPRESS.AZ