ABŞ qoşunlarını Suriyadan çıxarmağa başladı

0
314543

ABŞ hərbçilərini Suriya ərazisindən çıxarmağa başlayıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

Mətbuat katibi qeyd edib ki, ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb və proses davam etdiriləcək.

Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri 60-100 gün arasında Suriyadan tamamilə çıxarılacaq.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp “Suriyada olmağımızın tək səbəbi İŞİD idi. İŞİD-i məğlub etdik”, – deyə bəyan edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here