ABŞ Müdafiə Nazirliyinin rəsmisi Bakıda Rusiyanı ittiham etdi

0
313943

Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin müavininin müşaviri Laura Kuper dekabrın 4-6 Bakıya səfər edib.

O, Prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdə rəsmi görüşlər keçirib.

Görüşlərdə ikitərəfli müdafiə məsələləri üzrə mükazirələr aparılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Bakıda olduğu zaman Kuper bildirib:

“Amerika Birləşmiş Ştatları müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşlıq əlaqələrini möhkəmləndirməyə çalışır. Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq edirəm”.

Laura Kuper Avropa və Asiya arasında strateji mövqedə yerləşən Azərbaycana terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə təşəkkür edib.

O, “Birləşmiş Ştatlar Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına verdiyi uzun müddətli töhfələrini qiymətləndirir” deyib.

Azərbaycanın üzləşdiyi çağırışlar barədə danışarkən qeyd edib ki, Azərbaycan mürəkkəb bir məkanda yerləşir.

“Bu yaxında biz Rusiyanın Ukraynada beynəlxalq qanunu pozaraq Kerç Boğazından keçən su nəqliyyatına qarşı etdiyi qanunsuz və əsassız təcavüzün şahidi olduq. Ukrayna gəmilərinin ölkələrinə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir.”

Kuper Birləşmiş Ştatların və Azərbaycanın terrorizm, narkotiklərin, kütləvin qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı mübarizə apardığını söyləyib.

Eyni zamanda aparılan mübarizə zamanı ikitərəfli münasibətlərin dərinləşməsini və ortaq dəyərlərin vacibliyini vurğulayıb.

O, ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını xatırladıb.

Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə olan öhdəliyinin olduğunu deyib.

Münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etmə hüququ da daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here