VOİCEPRESS.AZ xəbər verir ki, indiyədək Litzenberg Birləşmiş Ştatların Serbiyada, Qırğızıstandakı səfirliklərində, eləcə də ABŞ-ın NATO missiyasında çalışıb.
O, hazırda Dövlət Departamentində hərbi-siyasi məsələlər üzrə büroda aparıcı məsləhətçidir.
Yeni səfirin fransız, rus, serb-xorvat və bolqar dillərini bildiyi xəbər verilir.
Modern.az xatırladır ki, indiyə kimi ABŞ hökumətinin Azərbaycana aşağıdakı səfir təyinatları olub.
İlk təyin olunmuş səfir Robert Finn 1992-ci ildə bir neçə ay ərzində bu postu tutub. 1992-ci ilin mart ayında ABŞ-ın Bakıda diplomatik missiyasını o açıb və üç il səfirliyə başçılıq edib.
Daha sonra Riçard Mayls 1992-ci ildən 1993-cü ilə kimi Amerikanın Azərbaycandakı səfiri olub.
Digər səfirlər – Riçard Kozlariç (1994-1997), Stenli Eskudero (1997-2000), Ross Uilson (2000-2003), Rino Haniş (2003-2006), Enn Dersi (2006-2009), Metyu Brayza (2011-2012), Riçard Morniqstar (2012 -2014), Robert Sekuta (2015-2018).
VOİCEPRESS.AZ