“Huawei Technologies” şirkətinin maliyyə direktoru Men Vançjounun saxlanılması ABŞ və Çin arasında ticarət danışıqlarına təsir etməməlidir.
VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu CBS telekanalına müsahibəsində Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer deyib.
“Hesab edirəm ki, bu, ciddi təsir göstərməməlidir. Mən Çinin baxış bucağına o anlayışla yanaşa bilərəm ki, onlar bunu bu şəkildə görürlər (ABŞ-ın ticarət müzakirələrinin gedişatına təzyiq göstərmək cəhdi kimi). Amma bu ədalət məhkəməsi məsələsidir. Bu, mənim üzərində işlədiklərimdən tamamilə ayrı bir sahədir”, – deyə Laythayzer bildirib.
Bundan əvvəl Çin ABŞ-dan Vançjounun həbsinə dair sorğunun ləğvini tələb edib.
VOİCEPRESS.AZ