ABŞ böyük dağıdıcı gücə malik aviabombanın sınağını keçirdi

23 Dekabr, 23:13

ABŞ çox böyük dağıdıcı gücə malik aviabombanın sıqağını keçirib. VOİCEPRESS.AZ xəbər verir ki, internetdə sınaqların videosu yayılıb.

Söhbət GBU-57 Massive Ordnance Penetrator (MOP) bombasından gedir. ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarəsi iki ədəd bombanı Missuri ştatında yerləşən poliqona atıb.

GBU-57 bombasının çəkisi 13,6 tondur. Bomba 61 metr yerin dərinliyində effektivdir və qalınlığı 19 metrlik olan betonu dağıda bilir.

GBU-57 2007-ci ildə “Boeing” şirkəti tərəfindən hazırlanıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here