Aİ İranı nüvə və raket proqramlarına son qoymağa çağırıb

0
313681

Avropa İttifaqı (Aİ) İranı nüvə və raket proqramlarını dayandırmağa çağırıb.

VOİCEPRESS.AZ RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Niderlandın BMT yanında daimi nümayəndəsi Karel van Oster tərəfindən açıqlanan Aİ ölkələrinin birgə bəyanatında deyilir.

Onun sözlərinə görə, Aİ ölkələri BMT-nin İranın “fəaliyyəti” barədə hesabatının nəticələrindən narahatdırlar.

Karel van Osterin həmçinin qeyd edib ki, Aİ İran sövdələşməsinin saxlanmasının tərəfdarıdır. Niderland təmsilçisi bildirib ki, hazırda Avropa İttifaqı sözügedən sazişə alternativ görmür.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin nümayəndəsi briqada generalı Əbülfəz Şəkərçi bildirib ki, Tehran raket sınaqlarını davam etdirmək niyyətindədir və bunun üçün xarici dövlətlərin icazəsinə ehtiyac yoxdur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here