Rusiya prezidenti Vladimir Putin dekabrın 20-də özünün ənənəvi illik mətbuat konfransını keçirəcək.
VOİCEPRESS.AZ Rusiya KİV-nə istinadən xəbər verir ki, bu, Putinin sayca 14-cü kütləvi mətbuat konfransı olacaq. Mərasimdə iştirak etmək üçün 1702 jurnalist akkreditə olunub.
Qeyd edək ki, Putinin belə mətbuat konfransları 4-5 saat sürür.
Ötən il dekabrın 14-də keçirilmiş sual-cavab marafonunda 1600 rusiyalı və xarici jurnalist qeydiyyatdan keçmişdi.
VOİCEPRESS.AZ