Xarici İşlər Nazirliyindən Abel Məhərrəmovun səfir oğlu ilə bağlı AÇIQLAMA

23 Noyabr, 12:12

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun (Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu) geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

VOİCEPRESS.AZ-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Qafqazinfo”ya müsahibəsində Anar Məhərrəmovun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı suala “hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” deyə cavab verib.

XİN rəsmisi deyib ki, səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığı barədə nazirlikdə məlumat yoxdur və bununla bağlı suallar diplomatın özünə ünvanlana bilər.

L.Abdullayeva İspaniyada keçirilən tədbirə yola düşən nümayəndə heyətinin təyyarəsində Bakıdan 2 ton ağırlığında diplomatik yükün aparılması haqda məlumatlara belə cavab verib:

“Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here