Suriyanın Latakiya əyaləti atəşə tutulub, 18 hərbçi ölüb

18 Noyabr, 00:59

Suriyanın Latakiya əyalətinin Safsara yaşayış məntəqəsinin silahlılar tərəfindən atəşə tutulması nəticəsində 18 hərbçi həlak olub, daha biri yaralanıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri Vladimir Savçenko jurnalistlərə deyib.

“Sutka ərzində yaraqlılar Hələb və Hama şəhərlərinin qəsəbələrini, Hələb əyalətinin Təll-Aluş yaşayış məntəqəsini və Latakiya əyalətinin Safsara yaşayış məntəqəsini atəşə tutublar. Təll-Aluş yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində Suriya ordusunun bir hərbçisi yaralanıb. Safsara yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 18 hərbçi ölüb, biri yaralanıb”, – deyə Savçenko bildirib.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Suriyanın Deyr-əz-Zor vilayətinin iki kəndinə endirdiyi hava zərbələri nəticəsində 23 nəfər həyatını itirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here