Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 noyabr tarixlərində Parisə səfəri zamanı Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp ilə görüşməyi planlaşdırır.
VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, Türkiyənin dövlət başçısı bunu ölkəsində ikigünlük səfərdə olan ukraynalı həmkarı Petro Poroşenko ilə keçirilən birgə mətbuat konfransında deyib.
“10-11 noyabr tarixlərində Parisdə bizim cənab Tramp, həmçinin cənab Putin ilə danışıqlar aparmaq fürsətimiz olacaq”, – deyə Ərdoğan bildirib.
VOİCEPRESS.AZ







