Nazir 30 min avro cərimələndi

236961

İspaniyanın Milli Fond Birjası Komissiyası (CNMV) şirkət məlumatlarından istifadə edərək səhmlərini satan xarici işlər naziri Jozef Borrelli 30 min avro cərimələyib. VOİCEPRESS.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, Borrell dələduzluq yolu ilə qazancı nazir olmazdan əvvəl – 2015-ci ildə əldə edib. Komissiya qərarına əsasən, Jozef Borrell “Abengoa” şirkətinə aid səhmlərini 9 min 30 avroya satıb. O, bu satışı şirkətin gizli məlumatlarından istifadə edərək gerçəkləşdirib.

İspaniyanın enerji şirkəti olan “Abengoa” 2015-ci il noyabrın sonunda 6 milyard 300 milyon avro borcla ləğvetmə müddəti başlatdığını açıqlamışdı. Həmin ərəfədə səhmləri 60%-dən çox dəyər itirən şirkət müflisləşmənin qarşısını almaq üçün yatırımlarının 90%-ni bank və fondlara köçürmə yolu ilə yenidən maliyyələşmyə start vermişdir.

VOİCEPRESS.AZ

Əvvəlki məqalə20-dən çox aviareys təxirə salındı
Növbəti məqalədəVakant yerlərin tutulması üçün müsahibə elan edildi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin