Moskvada biznes mərkəzi yola çökdü

0
314341

Moskvanın şimalında çoxmərtəbəli biznes mərkəzinin planlı söküntüsü zamanı gözlənilməz insident yaşanıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, yaxınlıqda insanlar olsaydı, söküntü işləri böyük fəlakətə səbəb olacaqdı.

Binanın söküntüsü barədə əvvəlcədən sakinlərə xəbərdarlıq edilmişdi və hər şey plan üzrə gedirdi.

Lakin söküntü işləri zamanı bina qeyri- adi şəkildə çöküb, bu da, insanlar arasında panikaya səbəb olub. 12 mərtəbəli biznes mərkəzi avtomobil yolunun üzərinə çöküb. Hadisə zamanı yolda avtomobillər hərəkət edirdi.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here