Məmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib

236381

Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Xeyrullah Spelenayı qəbul edib.

VOİCEPRESS.AZ xəbər verir ki, görüşdə Azərbaycan və Əfqanıstan arasında mövcud ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib. Görüşdə müxtəlif sahələrdə o cümlədən, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Səfir Xeyrullah Spelenay Azərbaycanın Əfqanıstanda təhlükəsizlik və sabitliyin təmin olunmasında verdiyi töhfəni yüksək qiymətləndirib. O, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Səfir Xeyrullah Spelenay etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləİspaniya bütün AES-ləri bağlayır
Növbəti məqalədəMacarıstan iki şübhəlini ABŞ-a verməkdən imtina edib

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin