Macarıstan iki şübhəlini ABŞ-a verməkdən imtina edib

236884

Macarıstan hökuməti qanunsuz silah alverində şübhəli bilinən iki şəxsi ABŞ-a təhvil verməkdən imtina edib.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin sözçüsü Hizer Nauert məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiya vətəndaşları böyük Vladimir Lyubishin və kiçik Vladimir Lyubishin adlı şəxslərdir.

H.Nauert Macarıstan tərəfinin bu addımından məyus olduqlarını bildirib: “ABŞ-ın tələbini rədd edən Macarıstan şübhəliləri Rusiyaya ekstradisiya edib ki, orada da onların məhkəmə qarşısına çıxması müəmmalı görünür”.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləMəmmədyarov Əfqanıstanın yeni səfirini qəbul edib
Növbəti məqalədəGəncə icra başçısının qadın müavini işdən kənarlaşdırıldı

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin