“Kaşıkçının qətli ilə bağlı səs yazısını 6 ölkəyə vermişik”

578671

Türkiyə səudiyyəli jurnalist Camal Kaşıkçının qətli ilə bağlı səs yazılarını Səudiyyə Ərəbistanı, ABŞ, Böyük Britaniya, Almaniya və Fransaya verib.

Bunu noyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyip Ərdogan deyib.

Türkiyə hakimiyyəti bundan əvvəl onda jurnalistin qətlini sübut edən audioyazı olduğunu bildirmişdi.

Ərdogan Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyi münasibətilə Parisdəki tədbirə yollanmazdan əvvəl bir daha Səudiyyə Ərəbistanı rəsmilərini jurnalistin qətlində şübhəli bilinən 15 nəfəri tapmağa çağırıb.

ABŞ və Fransa prezidentləri də noyabrın 10-da Paris görüşündə bildiriblər ki, Səudiyyə hakimiyyəti jurnalistin qətlinə aydınlıq gətirməlidir.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləDTX-nın hərbi hissəsində andiçmə
Növbəti məqalədəƏrdoğanın Fransaya səfəri başlayıb

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin