Hökumət onlayn mediaya da pul ayırsın – Əflatun Amaşovdan ÇAĞIRIŞ

384676

“Dəfərlərlə Milli Məclisin iclaslarında onlayn media ilə bağlı fikirlərimi səsləndirmişəm. Hazırda vəziyyət o yerdədir ki, reklam yoxdur. Bundan da istifadə edən ayrı-ayrı qruplar bəzi saytları maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə təhqir edirlər, böhtan atırlar”.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, onlayn media dövlət büdcəsindən maliyyə ayrılmalıdır.

“Bu, reklam bazarı formalaşdırılana qədər olmalıdır. Təklif edirəm ki, onlayn mediaya 1 milyon manat ayrılsın. Bu da büdcə üçün elə də böyük rəqəm deyil”.

VOİCEPRESS.AZ

Əvvəlki məqalə“Azərbaycanın imici ən yüksək səviyyədə qorunur ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”
Növbəti məqalədəSamir Şərifov Fəzail Ağamalıya CAVAB VERDİ

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin