Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunun digər oyunları keçiriləcək.
VOİCEPRESS.AZ xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən matçı İtaliyada olacaq. “Yuventus” İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək. Turin təmsilçisi III turda rəqibini səfərdə məğlub edib – 1:0. “Yuventus” bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə növbəti mərhələni təmin edəcək.
Turnirin son qalibi İspaniyanın “Real Madrid” komandası isə səfərdə Çexiyanın “Viktoriya” (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Madrid klubu evdəki matçda rəqibini 2:1 hesabı ilə üstələyib.
7 noyabr
Çempionlar Liqası, IV tur
E qrupu
00:00. “Bavariya” (Almaniya) – AEK (Afina, Yunanıstan)
00:00. “Benfika” (Portuqaliya) – “Ayaks”(Hollandiya)
Xal durumu: “Ayaks” – 7, “Bavariya” -7, “Benfika” – 3, AEK – 0.
F qrupu
00:00. “Lion” (Fransa) – “Hoffenhaym” (Almaniya)
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Donetsk, Ukrayna)
Xal durumu: “Mançester Siti” – 6, “Lion” – 5, “Şaxtyor” – 2, “Hoffenhaym” – 2
G qrupu
00:00. “Viktoriya” (Plzen, Çexiya) – “Real Madrid” (İspaniya)
21:55. MOİK (Moskva, Rusiya) – “Roma” (İtaliya)
Xal durumu: “Roma” – 6, “Real Madrid” – 6, MOİK – 4, “Viktoriya” – 1.
H qrupu
21:55. “Valensiya” (İspaniya) – “Yanq Boyz” (İsveçrə)
00:00. “Yuventus” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)
Xal durumu: “Yuventus” – 9, “Mançester Yunayted” – 4, “Valensiya” – 2, “Yanq Boyz” – 1.
VOİCEPRESS.AZ







