Çin Xalq Respublikasının şimal-şərqində avtomobil bir qrup məktəblinin üstünə sürülüb.
VOİCEPRESS.AZ Trend-in məlumatına istinadən xəbər verir ki, hadisə Lyaonin vilayətinin Huludao şəhərində qeydə alınıb. İnsident nəticəsində 5 nəfər ölüb, 18 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Sürücünün saxlanıldığı bildirilir. Araşdırma aparılır.
VOİCEPRESS.AZ







