Cüdoçumuz Özbəkistanda bürünc medal qazandı

235337

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.

Azərbaycan Cüdo Federasiyasından VOİCEPRESS.AZ-a verilən məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləDövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşür
Növbəti məqalədəQadın karateçimiz dünya çempionu oldu

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin