Dövlət Turizm Agentliyindən VOİCEPRESS.AZ-a verilən xəbərə görə, sessiya sabah başa çatacaq.
Tədbirdə Azərbaycanı Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov təmsil edir.
Sessiya çərçivəsində İranın “Mədəni İrs, Sənətkarlıq və Turizm Təşkilatı” ilə birgə “Mədəni turizmin innovasiya və texnologiya ilə qorunması” adlı beynəlxalq seminar təşkil edilib. Beynəlxalq seminarda mədəni turizmin inkişafında, destinasiyaların cəlbediciliyi və rəqabətliliyinin gücləndirilməsində innovasiya və texnologiyanın rolu mövzusunda müzakirələr aparılır.
Tədbir iştirakçılara qarşıya qoyulmuş məqsədlərin icrası üçün illik proqramı müzakirə etmək imkanı tanıyaraq, əməkdaşlıq və birgə təşəbbüslərin qurulması üçün əlverişli mühit yaradır.
Azərbaycan 2001-ci ildən BMT-nin Ümumdünya Turizm Təşkilatının üzvüdür. Bakı Turizm İnformasiya Mərkəzi isə 2011-ci ildən etibarən quruma assosiativ üzv olaraq qəbul edilib.

VOİCEPRESS.AZ







