Azərbaycan İrəvanda verilən fəxri medaldan imtina etdi

234233

Ermənistanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilir.

VOİCEPRESS.AZ xəbər verir kmi, QDİƏT PM-nin iclasında Azərbaycanı millət vəkili Eldar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

E. Quliyev QDİƏT-in yaradılmasının 25 illiyi münasibətilə Ermənistanın təltif etdiyi fəxri medaldan açıqlıqla imtina edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri bildirib ki, beynəlxalq təşkilatda fəaliyyətinin iki il yarım yəni, qısa müddət olduğundan bu cür mükafatı qəbul etməyi doğru saymayıb.

Deputat onu da əlavə edib ki, məsələnin siyasətlə heç bir əlaqəsi yoxdur. Həmin medaldan Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və Ukrayna da imtina edib.

Plenar iclasda nümayəndə heyətimizin rəhbəri E.Quliyev “İqtisadi əlaqələrin genişləndirilməsində parlamentlərin rolu” və Siyasi və hüquqi məsələlər üzrə komitənin iclasında “Azərbaycan həmkarlar ittiqaqının ölkəmizdə rolu” mövzularında çıxış edib.

E.Quliyev həmçinin, PM-nin iclasınıda müşahidəçi qismində iştirak edən İran İslam Respublikasının İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndəsi xanım millət vəkili Məsuma Ağanur Əlişahi ilə də görüşüb.

O, xanım millət vəkilini Bakıda keçiriləcək QDİƏT PM-nin 53-cü plenar sessiyasında da iştirak etməyə dəvət edib. Xanım millət vəkili öz növbəsində minnətdarlığını bildirərək dəvəti məmnuniyyətlə qəbul edib.

Qeyd edək ki, QDİƏT PM-nin iclasları davam edir, qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.

VOİCEPRESS.AZ

Əvvəlki məqaləTanınmış alim Prezidentin fəxri diplomu ilə təltif edildi
Növbəti məqalədəAzərbaycan Cənubi Sudana sülhməramlılar göndərəcək

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin