Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb

19 Noyabr, 23:21

Almaniya hökuməti Səudiyyə Ərəbistanına silah ixracını dayandırıb. VOİCEPRESS.AZ xəbər verir ki, belə bir açıqlama ilə Almaniya İqtisadiyyat və Energetika Nazirliyinin nümayəndəsi çıxış edib.

Onun sözlərinə görə, hökumət bunun üçün silah tədarükü üzrə fərdi lisenziya sahiblərinə tapşırıq verib.

Bundan əvvəl, kansler Angela Merkel jurnalist Camal Xaşuqcinin qətli aydınlaşanadək Səudiyyə Ərəbistanına silah ixracının dayandırılacağını bildirmişdi.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here