ABŞ İranın Çabahar limanını sanksiya siyahısından çıxardıb

7 Noyabr, 01:44

Birləşmiş Ştatlar Əfqanıstan və Hindistanın enerji resurslarının nəqli üçün istifadə etdiyi Çabahar limanını anti-İran sanksiyalarının siyahısından çıxardıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Dövlət Departamentinə istinadən RİA “Novosti” məlumat yayıb.

“Dərin araşdırmalardan sonra dövlət katibi, 2012-ci ildə İrana qarşı mübarizəyə dair qanun (IFCA) çərçivəsində Çabahar limanına və onunla əlaqəli olan dəmir yolu üçün tətbiq edilən sanksiya rejimini istisna etdi”, – deyə idarə nümayəndəsi izah edib.

Onun sözlərinə görə, Amerika lideri Donald Trampın Asiya strategiyası xüsusilə Əfqanıstan iqtisadiyyatının artımına dəstək və Hindistanla tərəfdaşlıq münasibətlərinin inkişafını nəzərdə tutur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here