20-dən çox aviareys təxirə salındı

27 Noyabr, 20:17

Rusiya paytaxtına güclü qar yağması səbəbindən hava limanlarında 20-dən çox reys ləğv edilib. VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, daha 10 reys isə ləngiyir.

Qeyd olunur ki, “Vnukovo” hava limanında 14 reys təxirə salınıb, 3 reys ləngiyir. “Domodedovo” hava limanında 7 reys təxirə salınıb, daha 4 reys ləngiyir. “Şeremetyevo” hava limanında 3 reysin ləngidiyi bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here