Torpaq sürüşməsi 11 can aldı

11 Oktyabr, 22:40

Torpaq sürüşməsi 11 nəfərin həyatına son qoyub. VOİCEPRESS.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Kaldas departamentindəki Marketaliya şəhərində qeydə alınıb.

Torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb. Şəhərin meri Luis Betankur bildirib ki, ölənlər arasında 4 azyaşlı da var.

Bölgədə leysan yağışlarının səbəb olduğu sürüşmə zamanı 28 nəfər xilas edilib, daha 10 nəfər də itkin düşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here