Müdafiə naziri BMT Baş katibinin köməkçisi ilə görüşüb

25 Oktyabr, 23:13

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

Müdafiə Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət barədə fikir mübadiləsi aparılıb, Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, həmçinin sülhməramlılarımızın müxtəlif missiyalarda iştirakı, o cümlədən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here