Baş prokurorun müavini Karapetyanın ölümündə yeni təfərrüat

6 Oktyabr, 22:17

Oktyabrın 3-də Rusiyanın Kostroma vilayətində qəzaya uğramış helikopterin pilotu, çox guman ki, qəzadan daha öncə karabindən açılan atəş nəticəsində qətlə yetirilib.

VOİCEPRESS.AZ məlumat verir ki, bu barədə “Danışır Moskva” radiostansiyası güc strukturlarındakı mənbəyə istinadən bildirib.

Daha öncə qəzanın pilotun istiqaməti itirməsi nəticəsində baş verdiyi ehtimal olunurdu.

Xatırladaq ki, sözügedən qəza zamanı 4 nəfər, o cümlədən Rusiya baş prokurorunun müavini – erməni əsilli Karapetyan Saak Albertoviç həlak olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here