Balkanlarda Azərbaycanın fəal müdafiəçisi – Enes İbrahim

27 Oktyabr, 17:37

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Makedoniya Respublikası Parlamentinin millət vəkili, türk siyasi xadimi Enes İbrahim haqqında ingilis dilində məqalə yaradılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Enes İbrahim Balkanlarda Qarabağ və Azərbaycan məsələsini fəal şəkildə müdafiə edən siyasətçilərdəndir. Türk Hərəkatı Partiyasının rəhbəri, Makedoniya-Türkiyə Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edir.

Enes İbrahim “Ufuq” Dərnəyinə rəhbərlik etdiyi zamanlar Makedoniyada Dağlıq Qarabağ münaqişəsinin Makedoniya cəmiyyətinə çatdırılmasında böyük fəallıq göstərib. Bu gündə Azərbaycanla bağlı fəaliyyətini davam etdirir.

2016-cı ilin sentyabr ayında Enes İbrahim və azərbaycanlı jurnalist, AMEA MEK-in Sərbəst Elektron Resursları şöbəsinin müdiri Elnur Eltürk Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti adlı diaspor təşkilatı yaradıblar.
Enes İbrahimin Makedoniyanın hazırkı Baş naziri Zoran Zayevlə yaxın dostluq münasibətləri var.

https://en.wikipedia.org/wiki/Enes_Ibrahim

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here