Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.
DİN-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı.
Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.
VOİCEPRESS.AZ







