Məlumata görə, Ermənistanın Respublikaçılar Patiyasınım üzvləri Eduard Şarmazanov və Armen Aşotyan “şirin cütlük” adı altında Putin və Paşinyanın görüşünü müzakirə edib və Ermənistan – Rusiya münasibətlərinin günü-gündən pisləşməsi ilə bağlı şərh veriblər.
Şarmazanov öz növbəsində Ermənistan Prezidenti Nikol Paşinyanın Rusiyanın XİN başçısı Sergey Lavrovun “Ermənistanda vəziyyət gərgindir” kimi fikrinə “Həqiqətən istidir” kimi zarafatyana cavabını şərh edib.
Şarmazanov şərhində baş nazirin daha ciddi olmasını və müsbət fikir toplamaq üçün, yumoristik bəyanatlar verməməyə çağırıb. Çağırışda deyilir: “Hörmətli Paşinyan, bu KVN deyil, ən ciddi erməni-rus münasibətləridir və mən bu kimi kinayəli fikirlərə yumorla cavab verilməsi gərəkmədiyini düşünmürəm”. Şarmazanov əlavə edib ki, Paşinyanın yumoru Ermənistan – Rusiya münasibətlərinə baha başa gələ bilər.
Armen Aşotyan isə məsələ ilə bağlı bildirib ki, Ermənistanın mövcud hökuməti ölkənin xarici siyasət kapitalını boşa sərf edir. “Düşünürəm ki, Ermənistanın xarici siyasəti Paşinyan kimi təcrübəsiz sürücünün idarə etdiyi avtomobilin uzanan yolda çəkdiyi əyri-üyrü xəttə bənzəyir. Əslində Ermənistanın xarici siyasi kursu eynidir, sadəcə Paşinyan bu kursu idarə etməkdə çətinlik çəkir. Moskvaya gedir və Rusiya höküməti ilə problemlərin yaranmasına səbəb olur, gah Brüsselə gedir və orada da əlini-üzünü bulaşdırıb geri dönür…”-deyə, Aşotyan Paşinyanın sükanı saxlaya bilmədiyi halda idarəçiliklə məşqul olduğunu ifadə edib.
Ermənistanın xarici siyasəti məsələsinə gəlincə, o sözün əsil mənasında Ermənistandakı mövcud kriminal rejimlə idarə olunurdu və bunun bir vahid düsturu vardı: xarici legitimlik rejmi. Eyni zamanda etiraf etmək gərəkir ki, seçkilərin nəticələri belə öz əksini müəyyən xidmətlər müqabilində realizə edirdi. Bu məsələnin çoxşaxəli sübutlarından biri də, elə Dağlıq Qarabağ məsələsi diplomatiyasıdır. Məsələ ilə bağlı rəsmi İrəvanın beynəlxalq təşkilatlarda sərgilədikləri hərəkətlər və xarici iqtisadi layihələrdəki nüfuzu da, birmənalı qarşılanmır.
Əlqərəz, Ermənistandakı mövcud kriminal rejim dövlətin milli və ictimai maraqlarını fərdin təhlükəsizliyi və iqtisadi maraqları qarşılığında “satmaq” niyyətindəydi. Bu günə kimi Ermənistanın xarici siyasi düşərgəsinin başlıca menyusu bundan ibarət olub. Təsadüfi deyil ki, rejim rəhbərləri rusları qınayaraq, Ermənistandakı mövcud durumu görməzdən gəlmədiklərini bildirirlər.
İndi bir sıra ekspertlər Ermənistanın xarici siyasətindəki məsələlərin gedişatını vəziyyətin get gedə pisləşməsi kimi qələmə verir. Əslində isə rejim dəyişib və bu da, əməlli başlı bəzi dairələr üçün diskomforta səbəb olur.
Mövcud durumda etiraf edək ki, hər şeyə rəğmən Rusiya-Ermənistan münasibətləri heç də, yaxşı getmir. Axı Ermənistan hər zaman Rusiyanın forpostu olub. Amma Ermənistan hər zaman bu forpostluqdan çıxış yolu axtarıb. Amma Dağlıq Qarabağ məsələsi bu çıxış yolunu hər zaman bağlı tutmağa müvəffəq olub.
İndidə Respublikaçılar Partiyası, Köçəryan və digər belə xarici diversiya qruplaşmaları Rusiya Ermənistan münasibətlərinə xələl gətirməyə çalışır. Amma onların niyyətləri gün kimi aydındır.
Ermənistanın mövcud hakimiyyətinin də, çatışmamazlıqları məlumdur. Əslində bu çatışmamazlığın idarəçilik strategiyasının və inkişafa doğru islahatlar proqramının olmamasındadır.
Geridə qalan bütün problemlərin səbəbi məhz buradan yaranır.
F.Muqbilova
VOİCEPRESS.AZ







