Azərbaycan Prezidenti İlham Əliyev Balababa Rzayevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.
VOİCEPRESS.AZ -ın məlumatına görə sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Balababa Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sonxeber.az-ın məlumatına görə, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Balababa Hüseynağa oğlu Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.
VOİCEPRESS.AZ








