Onun sözlərinə görə, təşkilatda Çingiz Abdullayev, Anar, Fikrət Qoca kimi ziyalılarla yanaşı, tanınmış Azərbaycan bəstəkarlarının da, adı yer alır: “ Lakin təşkilat, bildiyiniz kimi yalnız üzvlərdən deyil, eyni zamanda da, prezidiumdan, yəni daimi üzv heyyətindən ibarətdirki, bu da, səs çoxluğu ilə müəyyən olunur. Həmin prezidiumda isə əsasən aktiv və daima inkişafa meyilli olan insanların cəlb olunmasına üstünlük verilir. Tanınmış rəssam Günay Mehdizadə isə gənc nəslin nümayəndəsi kimi olduqca aktiv və inkişafa meyilli biridir. Belə insanların Azərbaycanı istənilən qurumda təmsil edə bilməsi hər baxımdan perspektivlidir”.
İ. Məmmədkərimov eyni zamanda bu günlərdə təşkilatın sədri Oleq Molçanın “Sputnik” informasiya portalının xüsusi buraxılışında çıxış edərkən, azərbaycanlı rəssam Günay Mehdizadə haqqında müsbət fikirlər söyləməsini də, münasibət qarşılayıb: “Mən həmin qurumun baş direktoruyam. Ona görə də, həmin qurumda ləyaqətlə Azərbaycanı təmsil edə bilən xalq artisti Siyavuş Kərimli, tanınmış rəssam Günay Mehdizadə kimi ziyalı insanların yer alması yalnız və yalnız fəxarətlə qarşılanmalıdır”.
Xatırladaq ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının sıralarına yenicə Azərbaycanı təmsil etməyə müvəffəq olan Türk və Azərbaycan dövlətləri üzrə qısa zamanda böyük şöhrət qazanmış , tanınmış rəssam Günay Mehdizadədir. Günay Mehdizadə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Onun bir birindən gözəl rəsm əsərləri, Türkiyə, İspaniya, Rusiya mütəxəssislərinin böyük maraq dairəsindədir.
Qeyd edək ki, Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyası Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Rusiya dövlətini əhatə edir. Əldə etdiyimiz məlumata görə, hazıda Avrasiya Ölkələri Müəllif Hüquqları Konfederasiyasının başlıca məqsədi öz əhatə dairəsini genişlətməkdir. Bu il ilk dəfə olaraq, konfederasiyanın dəvətliləri sırasında qardaş Türkiyənin ziyalılarını görmək mümkün olub.
Ü. Musazadə
VOİCEPRESS.AZ







