İŞİD Tacikistanda turistlərə hücum edib

31 İyul, 02:38

İŞİD terror təşkilatı Tacikistanda əcnəbi turistlərə hücuma görə məsuliyyəti üzərinə götürüb.

Hadisə Xatlon vilayətinin Danqarinsk rayonunda baş verib. Avtomobil velosipedlə hərəkət edən turistləri vurub. Nəticədə 3 turist hadisə yerində, daha bir nəfər isə xəstəxanada həlak olub, 3 nəfər isə xəsarət alıb.

Ölənlərdən 2-i ABŞ , digərləri isə İsveçrə və Niderland vətəndaşlarıdılar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here