Dilqəm və Şahbazın üçüncü dövlətə ekstradasiya məsələsi Yalova deklorasiyasında maddə olaraq yer aldı

24 İyul, 10:22

Artıq ikinci ildir ki, mən Mətbuat gününü Türkiyədə, ölkə xaricində keçirirəm. Türkiyədə böyük nüfuza malik, dövlətin beynəlxalq siyasi xəttinə öz tövhəsini vermək iqtidarında olan Yafemin Türk Kültür Şöleni” adə altında keçirdiyi “Dünya Türk Qazetəçilər Toplantısın”a qatılıram.

Dünyanın dörd bir tərəfindən 60-a yaxın türk topluluqları və Türk dövlətlərini təmsil edən jurnalistlər bir yerə toplanaraq hər kəs öz siyasi problemlərindən danışır. Ötən dəfə də, indidə bizim bir mühüm problemimiz olan Dağlıq Qarabağ problemindən danışdıq. Bu dəfə Azərbaycanımızı daha layiqli formada təmsil edə bilmək üçün səy göstərdik. Xalqımın haqqını müdafiə etdik, şəhidlərimizin həyatındak keçdiyi işğalı hələ də davam edən torpaqlarımızın bir qarışını belə düşmənə güzəştə getməyəcəyimizdən danışaraq, etinasız siyasi münasibət göstərən beynəlxalq təşkilatların gərəksizliyini vurğuladıq. Erməni terroru ilə Türkiyə Azərbaycan qardaşlığının mübarizə apara biləcəyindən tutmuş bu günə kimi erməni işgəncələrinə məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Türkiyəyə ekstradasiyasının mütləqliyindən söz açdıq. Çox şükür ki, bütün səylərimiz əbəs yerə getmədi. Haqqında danışdığımız bütün məsələləri Türkiyənin xarici siyasi ana xəttində aparıcı rola malik olan Yalova deklarasiyasında öz əksini tapmasına nail olduq.

Artıq ikinci ildir ki, Mətbuat günün öz Vətənimdə keçirməməyimin səbəbini açıqlayanda buna dəyər, deyə bilirik. Dağlıq Qarabağ, Xocalı soyqrımı, Erməni terorundan əziyyət çəkən dinc əhali, Dilqəm və Şahbaz başda olmaqla, erməni işgəncəsinə məruz qalan minlərlə əsir və girovlarımızın dünya birliyinə duyurulması adına bu dəfə danışdıqlarımızın daha geniş formada duyurula bilməsi üçün həm türk, həm də ingilis dilində çıxış etdik.
Türkçə mən, Ülkər Musazadə çıxış edərək, hər bir jurnalistin bu günə qədər duymadıqları Azərbaycan həqiqətlərindən danışdım. Çıxışımın tərcüməsi isə 221 saylı orta məktəbin ingilis dili müəlliməsi, zamanında Qarakənd yaxınlığında helikopterdə erməni terrorunun qurbanı, Tofiq İsmayılovun tərcüməçisi olmuş, Azərbaycan Sosial Rifah Partiyasının Ziyalı Qadınlar Şurasının üzvü, xanım Solmaz Səmədova tərəfindən reallaşdırıldı.

Artıq Vətənə dönmək üzrəyik. Missiyamızı layiqincə yerinə yetirdik deyə bilərik.

YAFEM 12. Türk Dünyasi Jurnalistlər Birliyi sessiyasının sonra nəticə Bildirgesi nəşr olundu.

Türk Boyları Mədəniyyət Şöleni daxilində 19-20-21 İyul 2018 tarixlərində Türkiyənin Yalova şəhərində Türk Dünyası Mətbuat Mənsubları Buluşmasının növbəti toplantısı baş tutdu. Krım, Suriya və İraq Türkləri, Əfqanıstan, Azərbaycan, Bolqarıstan, Qərb Trakya Türkləri, Şərq Türkistanın və sairə dövlət və topluluklarının iştirakı ilə sözdə Erməni iddiaları və Qarabağda türklərə tətbiq olunan soyqırım başda olmaq üzrə, Orta şərqdən Qafqazlara qədər, Balkanlardan Orta Asiyaya uzanan Türk mədəniyyət coğrafiyasının əsas problemləri müzakirə olunub. Tatarıstan və Qaqauz Muxtar Respublikalarının prolemləri də, müzakirə olunaraq, təkliflər və məsləhətləşmələr nəticəsində aşağıdakı qərarlar “YAFEM Türk Dünyası Jurnalistlər Birliyi Yalova Bəyannaməsi” olaraq nəşr olunmuşdur:

1-Türk mədəniyyət coğrafiyasındakı soydaş və qohum icmalarının yaşadıqları bölgələrdə mədəni, sosial, türk dilində təhsil alma hüquqlarının tətbiqinin bir mühitdə olması və bütün bunların İnsan Haqqları Bəyannaməsi çərçivəsində qorunmasının əsas hədimiz olduğu bəyan edilir.

2-Türk Dünyasında birlik üçün İsmayıl Bəy Qaspıralının ”Dildə, Fikirdə, İştə Birlik” şüarı yolunda Qazaxıstanın Latın əlifbasına keçməsi 2000-ci illərdə Türk Dünyası üçün alınan ən əhəmiyyətli qərarlardan biridir. Türk dövlətlərində və Türklərin yaşadıqları bütün bölgələrdə eyni qərarların alınması və maneələrin aradan qaldırılması.

3-Azərbaycan Respublikasının 20 faizini əhatə edən Dağlıq Qarabağ və digər yeddi rayonun erməni işğalından xilas edilməsi, erməni terrorunun bitirilməsi üçün Türk Dünyası Birlikləri tərəfindən müəyyən işlər görülməli və beynəlxalq ictimaiyyətdə təsirli lobbi fəaliyyətləri artırılmalıdır. Azadlıq mübarizəsi verən və Ermənistan tərəfindən həbs olunan azərbaycanlıların (Şahbaz Quliyev və Dilgem Asgerov kimi) sərbəst buraxılması, Xocalı soyqrımının dünya ictimaiyyətində təsirli bir şəkildə izah edilməsinin təmin olunmalıdır.

4-Suriyada Türklərin yaşadığı bütün bölgələrdə Türk dilində təhsil, məmnuniyyət verici bir inkişafdır. Bunun yanında Türkiyədə olan soydaş və digər qonaqlarımıza Türk dilində təhsil verilməsini və bu səyin davamlılıq ifadə etməsini dəstəkləyirik. Ayrıca, Avropanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza Türk dilini və mədəniyyətini tədris mövzusunun təminat altına alınmasını arzu edirik.

5-Türkiyədə olan ya da yaşadığı çətin şərtlər və zərə görə ölkəmizə gələn Türk soylu insanların oturum izni, təhsil, səhiyyə, iş və ictimai hüquqlardan faydalanmasını təmin etmək məqsədiylə ”TURKUAZ ” kart tətbiqinin başladılmasının cavabdeh şəxslərdən tələbi. Əfqanıstandan Türkiyəyə gələn Türk zadəganların müvəqqəti yaşayış almasında asanlıq təmin edilməsi, bu cür bölgələrdən gələn tələbələrin təqaüd ala bilməsinə diqqət edilməsi, Türk zadəganların təqaüd və sığınma imkanlarından bərabər şəkildə istifadə imkanlarının təmin edilməsinə diqqətin yönləndirilməsi, eləcə də, məsələ ilə bağlı müəyyən istiqamətli tədbirlərin həyata keçirilməsinin təminatı. Bunun yanında Türkiyəyə gələn və yerləşmə istəyi olan Türk soylu insanların, şərtlər imkan verdikdən sonra yenidən öz ölkələrinə dönmələrini təmin edəcək bir sistem qurulmalı, Türkiyə xaricində, öz yaşadıqları bölgədəki Türk varlığının daimi olması təmin edilməlidir.

6-Din birliyimizi pozan, milli şüurumuzu imperialist ölkələrə satışa çıxaran feto terror təşkilatının yox edilməsi üçün bütün Türk respublikalarının eyni addımı atması əhəmiyyətli bir qərardır. Feto terror təşkilatının ölkə xaricindəki fəaliyyət qollarının, cəsarətli və Türk mədəniyyətinə xidmət eşqiylə çalışan mətbuat mənsubu qardaşlarımıza istiqamətli lobbiləri meydana gətirərək, siyasi və iqtisadi təzyiqlər qurduğu, xarici ölkələrdən gələn üzvlərimizin bəyanatları sabit olmuşdur. Türk mədəniyyət coğrafiyasının mövcud məsələləriylə məşğul bir qeyri-hökumət təşkilatı olan YAFEM və icra etdiyi təşkilata bağlı YAFEM Türk Dünyası Mətbuat Mənsubları Birliyi olaraq, Türk Respublikalarına, Muxtar Türk Respublikalarına və Türk azlıqların yaşadığı ölkələrə açıq çağırışımız budur: feto terror təşkilatı və ona bağlı təşkilatların bütün fəaliyyətlərini ölkələrinizdə imperializmin xidmətçisi olan feto terror təşkilatı, milli birliyimizin təsisində ən böyük maneə olduğu kimi, dini dəyərləri ayaqlar altına alan hiyləgər bir quruluşun var olmasını diqqətə almaq. Türk coğrafiyasının maddi və mənəvi yönünü sömürürkən, təbii qaynaqlarını da müstəmləkəçi ölkələrə peşkəş çəkmək məqsədiylə fəaliyyət göstərən bu terror təşkilatının işlərinə son vermək, Türk Birliyinə gedən yol üçün əhəmiyyətli bir addım olacaq.

7-Suriya və İraqda “Firat Qalxa”nı və “Zeytun Dalı” kimi hərəkatlarda bölgəni tərk edərək, Balkanlarda təşkilatlanma axtarışına girən DAEŞ və bənzəri terror təşkilatlarının inkişafının qarşısını alacaq tədbirlərin təcili olaraq diqqətə alınması gərəkir.

8- Qərbi Trakya türklərinin Yunanıstan Konstitusiyasında hüquqlarının pozulmasını qəbul etmir, Lozan’da imzalandığı kimi Yunanıstandakı bütün azlıqların hüquq və azadlıqlarının qurulması və Türk birliklərinin bu sahədə lobbiçilik fəaliyyətini dəstəkləməlidirlər.

9-Soydaşlarımızın yaşadıqları ərazilərdə ən təsirli mədəni qarşılığı hesab edilən televiziya seriallarının milli duyğuları oyandıran mövzu məzmunlu olanları fövqəladə böyük bir maraqla seyr edilir. Türkiyə Respublikası Mədəniyyət Nazirliyi, TİKA və digər təşkilatlarımızın ortaq mədəniyyətimizi əks etdirən və Türk mədəniyyət coğrafiyasının ortaq dili; tarixi, milli mədəniyyətimizi və ənənələrimizi canlı tutan dizi filmlərə dəstək olub, təsir sahəsi meydana gətirməsi gözləniləndir. Ölkəmizdə yayənlanan serialların əhatə dairəsi Türk birliklərinin həyat sahələrini əhatə etdiyi üçün, təşkilatlarımız böyük Türk mədəniyyətinin hisslərini sinvolizə edən məzmunları təşviq edərək; Avropa, Amerika və digər xarici mədəniyyətləri transfer etmə yerinə öz mədəniyyətimizin “vizual istehsala” keçməsi istiqamətində addımlar atılmalıdır.

10-Türk mədəniyyət coğrafiyasının müxtəlif bölgələrində Türklərə qarşı edilən insanlıq günahı hesab edilən hadisələrin film, dizi film, sənədli hala gətirilməsi, kitablar və əsərlər hazırlanması, bu mövzuya bağlı olaraq yaddaşların canlı tutulmasını təmin etmək məqsədi ilə işlərin görülməsi ən əhəmiyyətli hədəflərimizdən olmalıdır.

11-Suriya və İraqda fəaliyyət göstərən terror təşkilatların İŞİD-dən təmizlənən bölgələrdəki soydaşlarımızın və sərhəd boyunca yaşayan insanların bir başqa terror təşkilatı olan PKK-PYD və bənzəri terror təşkilatlarının insafına buraxılmaması üçün hər cür tədbirin alınması, ölkəmizin təhlükəsizliyi baxımından da çox əhəmiyyətli bir tədbir hesab edilir. Suriya daxilində Fırat Qalxanı və Zeytin Dalı Hərəkatı ilə təmizlənən və etibarlı bölgə halına gətirilən sahələr, Suriya türklərinin bir əsrlik həsrəti olduğu kimi, İraq Türkləri də eyni formada terror təşkilatı PKK-PYD və bənzəri terror təşkilatlarından təmizlənilmiş həyat sahəsinin həsrətindədirlər. Terror təşkilatlarından təmizlənən bölgələrdə təhlükəsizliyin, əmin-amanlığın təmin edilməsi, hümanitar yardımların davam etməsi üçün Türkiyənin bölgədəki varlığını davam etdirməsi ölkəmiz təhlükəsizliyi və insani dəyərlər üçün şərtdir.

12-Türk Dünyası üçün fəaliyyət göstərən bir informasiya portalının media orqanlarının informasiya, rabitə və verilənlər bazası olan xüsusi bir ” TÜRK Xəbər Network ” təşkilati olaraq qurulmalıdır.

13-Krım türklərinin haqq və hüquqlarının qorunması, ənənəvi milli bayram və günlərinin qeyd olunması; dil, təhsil, ictimai və mədəni fəaliyyətlər ilə dini inanclara gətirilən qadağan və məhdudiyyətlərin qaldırılması və Krım Tatar Milli Məclisinin fəaliyyətlərinə icazə verilməsi nöqtəsində ediləcək bütün cəhdlərin dəstəklənməsi; Krımın milli lideri Mustafa Abdülcemil Kırımoğlu və yoldaşlarına gətirilən Krıma daxil qadağasının qaldırılması üçün kampaniyalar təşkil edilməsi; siyasi fikirləri səbəbiylə nəzarətə alınanların sərbəst buraxılması, həmçinin lisenziya verilməyərək nəşrlərinə son verilən mətbuat orqanları və nəşr quruluşlarının yenidən yayın hüquqlarına qovuşmaları və jurnalistlərin fəaliyyətlərini davam etdirə bilmələri üçün kampaniyalar edilməsi və ictimaiyyətin məlumatlandırılması uyğun görülmüşdür.

14-Krım; yenidən muxtar statusa kavuşturulmalı və Qara dəniz bölgəsindəki ticarət əməkdaşlıq canlandırılmalı, bölgənin sülh və hüzuruna qatqı təmin edilməlidir.

15-Şimali Kipr Türk Respublikasının dünya ölkələri nəzdində tanınması üçün beynəlxalq sahədə hər cür hüquqi fəaliyyətlər icra və bu sahədəki işlərə dəstək verilməlidir. Türk Respublikalarının bu mövzuda qabaqcıl qərarlar qəbul etməsini gözləyirik.

16-Şərqi Türkistan türklərinin insani hüquqlardan faydalanması, ana dildə təhsil, inanc, ictimai-mədəni hüquqlarının əllərindən alınmaması və səyahət azadlığı üçün məhdudiyyət qoyulması üçün beynəlxalq səviyyədə aparılan işlərə dəstək verilməlidir.

17-Türk Dünyası mövzularında birlik, birlik və bərabərlik adına fəaliyyət göstərən birliklərin üçün fəaliyyət tarixlərini çakıştırmamaları, ideallarımızı reallaşmasına və xidmətlərimizin daha təsirli olmasına qatqısı olacaq.


Ülkər Musazadə

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here