ASRP : “Uşaqların Beynəlxalq Müdafiəsi günü VOİCEPRESS ACADEMY-də “Rəngarəng dünya” devizi altında qeyd edildi…”

2 İyun, 14:19

VOİCEPRESS ACADEMY Azərbaycan Sosial Rifah Partiyasının təşkilati dəstəyi və VOİCEPRESS ACADEMY-nin təşəbbüsü ilə 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi gününə həsr olunan tədbir keçirilib.

VOİCEPRESS ACADEMY Tədris İnkişaf Mərkəzinin İncəsənət departamentinin sədri, tanınmış rəssam Günay Mehdizadənin təşəbbüsü və iştirakı ilə uşaqlar üçün özəl olaraq “Rəngarəng dünya” devizi altında açıq havada rəsm simpoziumu təşkil edildi.

Mərkəzin icraçı direktoru İlahə Bakıxanovanın təşkilatçılığı ilə əyləncəli musiqi sədaları altında uşaqdan böyüyə hər kəs bayram ab-havası ilə rəngarəng boyalarla mərkəzin dörd bir tərəfinə öz duyğularını əks etdirməyə müvəffəq olub.

Günay Mehdizadənin rəhbərliyi ilə həyata keçirilən “Rəngarəng dünya” layihəsi çərçivəsində uşaqlarla görüşə istedadlı türk rəssam Ərcümən Arslan və “VOİCEPRESS ACADEMY”-nın “Ebru” sənəti üzrə dillərə dastan məllimi Vüsal Qaraqaşli də uşaqlarla boyaların dili ilə danışdılar.

Günay Mehdizadə bu cür layihələrin həyata keçirilməsinə çox ehtiyac olduğunu bildirib: ”Biz müharibə şəraitində yaşayırıq. Yüzlərlə körpələrimizi itirdik. Minlərlə körpələrimiz kimsəsiz qaldı. Yalnız biz gələcək nəsil üçün sadəcə bu hüznü və qanlı tarixi buraxmamalıyıq. Biz uşaqlarla sevinib, uşaqlrla əylənməyi öyrənməliyik. “Rəngarəng dünya” layihəsinin əsas məqsədi də, elə bu idi. Uşaqdan böyüyə hər kəs rəngarəng boyaların yaratdığı o əfsanəvi anı yaşamağa müvəffəq oldular. Çox maraqlı layihə idi. Layihə uşaqların əylənməsi üçün nəzərdə tutulsa da, bu bir növ uşaqlar üçün istedadlı rəssamların iştirakı ilə baş tutan maraqlı “Master Klass” idi.

Daha sonra İlahə Bakıxanovanın təşəbbüsü ilə “Hər uşaq bir çiçəkdir” layihəsi çərçivəsində uşaqdan böyüyə hər kəs gül əkib. Daha sonra həmin əkilən güllərə tədbirdə iştirak edən uşaqların isimləri verilib. Hər bir uşaq əkdikləri dibçək güllərə öz adlarını verərək, tədris mərkəzinin otaqlarını bəzəyiblər.

İlahə Bakıxanovanın sözlərinə görə, hər iki layihə uşaqlar üçün gərəkli idi: “Günay Mehdizadənin rəhbərliyi ilə həyata keçirilən “Rəngarəng dünya” layihəsi uşaqlarda rəsmə və incəsənətə həvəs oyatdı. Mərkəzin qonşuluğunda yaşayan hər kəs açıq havada keçirilən layihəni maraqla qarşıladı. Uşaqlar tanınmış və istedadlı rəssamların iştirakı ilə sözün əsil mənasında rəngli boyalarla öz sevinclərini hər yerə əks etdirdilər. Çünki layihənin başlıca məqsədi bir gün uşaqların istədiyini edə bilməsidir. Hər yeri istədiyi rəngdə boyamağa, istədiyi rəsmi çəkməyə azaddır! Bu azadlığı hiss etmək uşaqlar üçün və sağlam gənc nəslin yetişməsi üçün çox vacibdir.

Bütün bunlarla yanaşı həyata keçirilən daha bir “Hər uşaq bir çiçəkdir” layihəsinin məqsədi uşaqlarda gülə, çiçəyə və yaşıllığa olan məhəbbəti artırmaqdır. Onların sevgi dolu böyüməsinə dəstək vermək hər bir pedaqoq və valideynin insanlıq borcudur deyə düşünürəm. Yay aylarında biz bu cür layihələri daha tez-tez keçirmək niyyətindəyik. Bildiyimiz kimi məktəblər öz fəaliyyətini bu illik yekunlaşdırır. Amma “VOİCEPRESS ACADEMY”-də “Yay Məktəbləri” başlayır. Məktəb sözü uşaqların gözünü bir qədər qorxudur. Amma bizdə bu proses daha fərqli metodla həyata keçirilir. Yəni bu günki layihələrin formatında uşaqlarımız üç ay boyunca həm məntiqi inkişaf, həm psixoloji motivasiya, həm intelektual hazırlıq, həm də tanınmış və istedadlı insanlarla görüşlər, “Master klasslar” əldə edə biləcəklər. Ona görə də, hər kəsi “VOİCEPRESS ACADEMY”-yə dəvət edirik!”

Aysel İsgəndərova
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here