Tovuzda müəllim “Son zəng” zamanı ölüb

14 İyun, 14:30

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.

VOİCEPRESS.AZ-a verilən məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here