SOCAR Beynəlxalq Bankdakı depozit portfelini 1,5 mlrd. manata çatdırıb

14 İyun, 14:30

SOCAR-ın “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-dəki pul vəsaitlərinin həcmi açıqlanıb.

VOİCEPRESS.AZ SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, şirkətin ABB-dəki əsas vəsaitlərinə hökumət tərəfindən nəzarət olunur.

“2018-ci il yanvarın 1-nə şirkətin bankdakı pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,505 milyard manat təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 30,4 faiz çoxdur”, – deyə hesabatda qeyd olunub.

Bildirilir ki, SOCAR hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here