“Gürcüstan Xəzər dənizinin neft-qaz resurslarının Avropa İttifaqı bazarına çatdırılması üçün əsas tranzit ölkədir”.
VOİCEPRESS.AZ-a verilən məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Gennadi Arveladze Batumidə keçirilmiş “Gürcüstanın Avropa yolu” beynəlxalq konfransında deyib.
O, Gürcüstanın tranzit həcminin, xüsusən də təbii qaz tranzitinin həcminin artırılmasında maraqlı olduğunu qeyd edib: “Gürcüstan “Şahdəniz” layihəsinin ikinci mərhələsinin, Cənubi Qafqaz qaz kəməri, TAP və TANAP layihələrinin inkişafını dəstəkləyir”.
G. Arveladze Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin də əhəmiyyətini vurğulayaraq, onun Gürcüstanın tranzit potensialının artırılmasına imkan verəcəyini bildirib.
VOİCEPRESS.AZ







