Müəllimlərin nazirə ürək dağlayan müraciəti: “Cənab nazir, ailəmi və işimi itirmək istəmirəm!”

4 İyun, 11:26


Sosial durumları qənaətbəxş olmayan, ailə və iş arasında seçim etmək məcburiyyətində qalan müəllimələr təhsil nazirinə müraciət etdilər.
Müəllimələr müəllimlərin işə qəbulu üzrə imtahanı verib ucqar bölgələrdə çalışıblar. Lakin VOİCEPRESS-ə daxil olan müraciətlərə əsasən, hər iki müəllimənin ailəsi mövcud iş fəaliyyəti ücbatından dağılmaq üzrədir.

Əzimova Xəyalə Vaqif qızını Lerik rayon Nüvədi kəndi ümumi orta məktəbində çalışır. 2017 ci ilin sentyabrında müəllimlərin işə qəbulu üzrə gərəkli imtahanı verərək, Bakı şəhəri məktəblərində qalıb işləmək üçün gərəkli “48” keçid balını toplamağa müvəffəq olmuşdur. Buna rəğmən təyinat olaraq Lerik rayon Nüvədi kənd məktəbini qeyd etdiyi üçün orada ən böyük arzusu olan bölgələrdə dilimizin tədrisinə başlamaq istəyib. Oğlunun Bakıda təhsil amasına baxayaraq, 3 yaşlı qızı və həyat yoldaşı ilə bərabər Lerik rayon Nüvədi kəndinə getməli olub. İlk vaxtlar həftə sonları tez-tez gəlib Bakıda təhsil alan oğluna baş çəkə bilib. Lakin bir müddət sonra həyat yoldaşının səhhətində problemlər yaranıb. Həkimlər ona “allergik bronxit” diaqnozu qoyub, Lerik rayonunun dəniz səviyyəsindən yüksəkdə yerləşməsini nəzərə alaraq, Lerik havasının xəstənin səhhətinə mənfi təsir göstərdiyinə qərar veriblər. Hal-hazırda səhhətindəki problemlərdən dolayı həyat yoldaşı Bakıda böyük oğluyla bərabər, gənc müəllimə isə üç yaşlı qızıyla Lerikdə qalmaq məcburiyyətindədir.

Müəllimənin sözlərinə görə, yaranan bu vəziyyətdən dolayı dağılmasının qarşısını almaq və eyni zamanda ailə və iş arasında seçim etmək kimi məcburiyyətdən xilas olmaq üçün yeganə əlacı nazirin mövcud durumu nəzərə almasındadır. Müqəddəs orucluq bayramı zamanı tək istəyim bu yaranan durumdan cənab nazirin onu Bakı kənd məktəblərinin birinə köçürülməsinə lazimi şəraitin yaradılmasına yardımçı olmasıdır: “Həyat yoldaşım xəstədir. Oğlum Bakıda xəstə atası ilə bərabər qalır. İşdən çıxıb, onların yanına gedə də bilmirəm. Sosial durumumuz buna imkan vermir. “Cənab nazirin hümanist olduğunu, belə çıxılmaz sosial durumu ağır müəllimlərin vəziyyətini nəzərə alacağına ümid edirik”.

Müəllimənin harayı: “Cənab nazirin hümanist olduğunu,sosial durumu ağır müəllimlərin vəziyyətini nəzərə alacağına ümid edirik”

Digər bir müəllimə isə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində qeydiyyatda olub, Quba rayonu I Nügədi kənd 1 saylı tam orta məktəbinin biologiya müəlliməsi Həşimova Güllər Bilman qızıdır. O 2011-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəblu müsabiqəsində iştirak edərək, Quba rayonu I Nügədi kənd 1 saylı tam orta məktəbinə biologiya müəllimi təyin olunub. İşlədiyi müddətdə, Təhsil Nazirliyinin müəllimlərin biliklərinin qiymətləndirilməsinə dair keçirdiyi imtahanda iştirak edərək, 47 bal toplayıb.

2016-cı ildə ailə həytı qursa da, həyat yoldaşı Bakı məktəbində özü isə Qubanın kənd məktəbində çalışdığı üçün gənc ailənin ailə həyatı param-parça durumundadır. Gənc və yeni evli müəllimənin sözlərinə görə, həftə içi mütəmadi Quba-Bakı yolu istiqamətində gedib-gəlməli olur: “ Ailəmizin parçalanmış və pərakəndə yaşam tərzi uşaq sahibi ola bilməmizə də, böyük əngəl yaradır. Xahiş edirəm, mənim ailəmi və işimi bir arada tutmaq, qorumaq adına mənim Bakıya köçürülməyimə şəraitin yaradılmasına yardımçı olasınız. Cənab nazir, ailəmi və işimi itirmək istəmirəm!”.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsinə dair onlayn qeydiyyatdan bu gündən etibarən başlatyıb. Əldə edilən məlumata görə, onlayn qeydiyyat iyun ayının 11-inə kimi davam edəcək.

VOİCEPRESS.AZ-ın redaksiyasına daxil olan müraciətlərin nəticəsi ilə bağlı oxuculara məlumat veriləcək.

Gülçin Çinar
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here