Bu il Azərbaycandan Gürcüstana 7 mln. dollardan çox pul köçürülüb

16 İyun, 10:38

Bu ilin ilk beş ayı ərzində Azərbaycandan Gürcüstana 7 mln. 520,8 mln. dollar miqdarında pul köçürülüb.

VOİCEPRESS.AZ Gürcüstanın Milli Bankına istinadla verdiyi məlumata görə, may ayında Azərbaycandan Gürcüstana daxil olmuş pul köçürmələrinin həcmi 1 mln. 686,5 min dollar olub ki, bu da aprel ayı ilə müqayisədə 12,7% çoxdur.

May ayında Gürcüstandan Azərbaycana 1, 226,8 min dollar, yanvar-may aylarında isə 4 mln. 734,3 min dollar daxil olub.

Ötən ay Gürcüstana ümumilikdə 130,4 mln. dollar pul köçürülüb. Ötən ilin may ayı ilə müqayisədə pul köçürmələrində 13% artım qeydə alınıb.

May ayında qonşu ölkəyə ən çox pul köçürmələrinin daxil olduğu ölkələrin ilk üçlüyünə Rusiya (37,2 mln. dollar), İtaliya (15,6 mln. dollar) və ABŞ (14 mln. dollar) daxildir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here