ABŞ-ın Texas ştatında fəaliyyət göstərən “Kuraray America” zavodunda güclü yanğın nəticəsində azı 22 nəfər xəsarət alıb.
VOİCEPRESS.AZ-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yanğına səbəb polietilenin sızması olub.
Şirkət rəhbərliyi insidentin araşdırılmasında yerli qurumlarla əməkdaşlıq edəcəyini bildirib.
VOİCEPRESS.AZ







