Qənirə Paşayeva: “VƏTƏNDAŞLARIN BƏLƏDİYYƏLƏRDƏN GÖZLƏNTİLƏRİ ÇOXDUR”

13 Fevral, 16:06

“Bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur. Düşünürəm ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək olar”.

VOİCEPRESS.AZ
-ın verdiyi xəbərə görə, bu sözləri parlamentin iclasında xanım deputat Qənirə Paşayeva deyib.

Millət vəkili qeyd edib ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı eyni məzmunlu şikayətlərin sayı azalmır. Deputat vurğulayıb ki, bələdiyyə torpaqlarının əhəmiyyəti böyükdür:

“Həmin torpaqların səmərəli istifadə edilməsi ilə bağlı görülə biləcək işlərə baxmaq lazımdır. Vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur. Ona görə də bu qurumlara müraciətlər çox edilir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here