Akopyan Qondarma Qarabağ ordusunda bağlanan müqavilənin qüvvədə qalmasına son verməyi xahiş edib. Akopyan komandirə açıq-aydın Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazisi, Əsgəran hərbi hissəsində qeyri insani şəraitdən, dolayı ciyərlərinin ağır xəstəliyindən şikayət edərək, hərbi hissədə xidmət edə bilmədiyini bildirib. Bu haqda dəfələrlə hərbi hissəsinin komandirinə məlumat verməsinə baxmayaraq, komandir Akopyanın yazdığı bütün müraciətləri cıraraq, onu məcburi cəbhə bölgəsinə yollayır və məhkəməyə verməklə təhdid edirmiş.
Erməni jurnalisti Süzan Simonyan yazır:”Hərbiçi bilərəkdənhərbi hissəsini tərk edib. Lakin bir neçə dəfə hərbi polis və şəxsən Axtarış şöbəsinin müdiri tərəfindən qəddarcasına fiiki təzyiqə məruz qalıb. Faktiki olaraq, Akopyan erməni hərbi hissəsində zorakılığa, təhqirə və təzyiqə məruz qalıb.
Ermənilərin Qarabağdakı ordusu Akopyana qarşı törədilmiş zorakılıq və fiziki xəsarətlərin yetirilməsini inkar etmir. Lakin bu cür pis rəfdarı, Akopyanın distiplinli olmaması ilə izah edirlər. Sonra isə Akopyanın dəfələrlə hərbi hissədən qaçdığını, xidmət etməkdən boyun qaçırdığını, bir neçə dəfə hərbi hissənin xüsusi təyinatlıları tərəfindən hərbs edildiyini bildirirlər”.
Ü. Musazadə
VOİCEPRESS.AZ







