Bunu VOİCEPRESS.AZ– a açıqlamasında millət vəkili Rafael Cəbrayılov deyib. O, bildirib ki, Ermənistanın Metsamor Atom Elektrik Stansiyası keçmiş sovet texnologiyası əsasında tikilmiş stansiyadır: “Bu stansiya texniki baxımdan çoxdan köhnəlmiş və region üçün ciddi təhlükəyə çevrilmiş bir qurğudur. Atom enerjisi üzrə mötəbər beynəlxalq təşkilatlar, habelə Avropa İttifaqı da dəfələrlə bu stansiyanın bağlanılması barədə məsələ qaldırmışlar. Elə bu günlərdə Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı Departamenti də Metsamor AES-nin bağlanılmasının zəruriliyi məsələsini qaldırmışdır. Bu stansiya hər şeydən əvvəl Ermənistanın özü üçün ciddi təhlükə törədir. Amma əfsuslar olsun ki, burada da erməni xisləti özünü göstərir. Bu stansiyadan müxtəlif ”gəlir” və kreditlər əldə etmək üçün vasitə kimi istifadə edən Ermənistan onun bağlanmasına tələsmir. Nəzərə alsaq ki, söhbət çox ciddi atom təhlükəsindən gedir və onun miqyasını təsəvvür etmək üçün Cernobıl hadisələrini, habelə 30 ildən artıq vaxt keçməsinə baxmayaraq verdiyi ağır nəticələrin bu gün də dəvam edən fəsadlarını xatırlamaq kifayətdir. Ermənistan içtimaiyyəti bu məsələ barədə ciddi düşünməli və sözünü deməlidir.
Ermənistan “xəstə erməni təxəyyülü” ilə Metsamor AES-ə “gəlir mənbəyi” kimi baxa bilər. Amma ilk növbədə region dövlətləri “həyəcan təbili”ni çalmalı və təkidlə onun bağlanılmasına nail olmalıdırlar. Çünki, Metsamor AES nəinki region üçün, eyni zamanda bütün bəşəriyyət üçün təhlükə mənbəyidir. Çünki, atom enerjisinin törətdiyi ağır nəticələr regional xarakter daşısa da onun fəsadlarından bütün bəşəriyyət əziyyət çəkir. Azərbaycan bu təhlükə mənbəyinin ciddi təsirinə məruz qala biləcək ərazidə yerləşdiyindən və yuxarıda qeyd etdiyin səbəblərə görə ölkə Prezidenti cənab İlham Əliyev həmişə Metsamor AES-in bağlanması ilə bağlı kəskin mövqe nümayiş etdirib. Düşünurəm ki, bu məsələdə region dövlətləri monolit həmrəylik və prinsipiallıq nümayiş etdirəcək və bu təhlükə mənbəyinin bağlanmasına nail olacaqlar”.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ







