Rafael Cəbrayılov: “Ermənistanın “perspektiv”sizliyi…”

16 Yanvar, 17:20

“21-ci əsr “siyasi surpriz”lər əsri olsa da Ermənistanın əsl simasının tanınması və ona adekvat beynəlxalq münasibətin formalaşması tarixi məntiqin nəticəsi olacaqdır”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov Sergey Lavrovun Qarabağ münaqişəsinin həllinin mərhələli şəkildə mümkünlüyündən danışmasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ probeminin mərhələli həllindən danışarkən böyük təcrübəyə malik peşəkar siyasətçi kimi nəyi hədəfə aldığını deyə bilmərəm: “Amma Azərbaycan həmişə Dağlıq Qarabağa bitişik rayonların işğaldan azad edilməsi, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlıların öz yaşayış yerlərinə qaytarılması və bundan sonra Dağlıq Qarabağın statusunun muzakirəsinə başlanmasının tərəfdarı olub. Ermənistan isə bu problemin paket şəklində müzakirə edilməsi fikrində olub. Sözsüz ki, problemin mərhələli həlli, yəni Dağlıq Qarabağın statusu məsələsinə qeyd etdiyim rayonların qaytarılmasından sonra başlanılması Azərbaycanın mövqeyinə uyğundur. Bu problemin həllində aparıcı rolun Rusiyaya məxsus olduğu üçün bu ölkənin nazirinin mövqeyi maraq doğurmaya bilməz. Bunu bəzi vətəndaşlarımız Rusiyanın mövqeyinin yumşalması kimi qeyd etsələr də, bu hadisələrin məntiqi davamının göstəricisidir. Çünki Rusiyanın dövlət maraqlarını hər şeydən üstün tutan bu ölkənin rəhbərliyi Ermənistanla sıx münasibətlərin “gərəksiz”liyini, “perspektivsiz”liyini anlayırlar. 21-ci əsr “siyasi surpriz”lər əsri olsa da Ermənistanın əsl simasının tanınması və ona adekvat beynəlxalq münasibətin formalaşması tarixi məntiqin nəticəsi olacaqdır”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here